Kisi Dunyasi ---- Uz Qirxmaq Hər dəfə üzü qırxandan sonra dəridə qızartılar əmələ gəlir. Əgər bahalı üzqırxan maşını da bu problemi aradan qaldırmırsa, üzün hansı vasitə ilə qırxdığına diqqət yetir. Təraş zamanı əzvay (aloe) ekstraktlı köpüklərdən istifadə etmək məsləhədir. Əzvay dərini nəmləndirməklə yanaşı,həm də üzü sürüşkən edir. Beləcə ,üzü qırxarkən ülgücü bir yerə bir neçə dəfə çəkməyə ehtiyac olmur. Çünki bu, dəridə qızartı əmələ gətirir. 1. Üzü tüklərin əksi istiqamətinə qırxmaq və ülgücü tez-tez suyun altında yaxalamaq lazımdır. 2. Təraşdan sonra dəriyə tərkibinində spirt olan losyon sürtməklə ona antibakterial təsir göstərəcəyinizi düşünürsüz. Amma əslində,spirt dərini yandırır. 3. Üzünüzü tez-tez sabunla yuyursuz? Sabun təmizlikdən çox üzə problem yaradır. Sabun üzün təbii yağını qurudur. Yağdan məhrum olmuş dəri daha çox piy ifraz edir. 4. Kişilərin üzlərinə krem sürtmək kimi vərdişləri yoxdur. Sabun əvəzinə üzü gel ilə yumaq daha faydalı olar. Əgər dərinizi daha təmiz etmək istəyirsizsə,onu mütəmadi olaraq tərkibində salisil turşusu və ya beta-hidroksil maddəsi olan civzə üçün vasitələrlə yuya bilərsiniz ***** Qar.Az