Kisi Dunyasi ---- Centilmen kisiler Centlmenliyin özünə xas müəyyən qaydaları vardır. Daha doğrusu qaydadan çox daşıdığı xüsusiyyətlər deyilməsi daha doğru olacaq. Yaxşı bu xüsusiyyətlər nələrdir? Centlmen bir kişi necə davranır? - Centlmen kişidə eqo yoxdur. Dünyanın özünün ətrafında dönmədiyini bilər. Hər kəsi bərabər görər və bərabər hörmət göstərər. - Centlmen kişilər gedəcəyi yerə heç bir zaman gecikməməzlər. Gecikəcəklərin də isə etibarlı bir səbəb təqdim edib üzr istəməsini bilərlər. - Centlmen kişi küsməz. Aradakı buzları əritmənin bir yolunu hər vaxt tapar. - Centlmen bir kişinin prioriteti hər vaxt yanındakı qadındır. Avtomobilin qapısını açar, qadınlara yol verər, hər vaxt geri planda qalar. - Centlmen bir kişi gərəksiz zarafatlar etməz və şit zarafatlardan uzaq dayanar. - Zorakılıq centlmendə əsla olmayan bir xüsusiyyətdir. Bütün xüsusiyyətləri daşısa belə, zorakılığa meyl varsa o adam əsla centlmen ola bilməz. ***** Qar.Az