Qadin dunyasi ---- Kolbasa ne derecede ziyandir
Həkimlərin ümumi fikirinə görə, kolbasa və sosiska məhsullarını insan sağlamlığı üçün xeyirli hesab etmək olmaz. Bunun səbəbləri çoxdur. Hal hazırda bu məhsulların istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu maddələrin bir hissəsi məhsulun dadını, digərləri rəngini və iyini insan üçün daha xoş edir. Bundan əlavə məhsula lazım olan qatı konsistensiya vermək, onun həcmini və saxlama müddətini artırmaq və s. məqsədlərlə müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu kimyəvi maddələrin bir hissəsi orqanizm üçün çox ziyanlıdır. Belə ki, bütün kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) orqanizmdə güclü kanserogen təsirinə malik olan birləşmələr (nitrozaminlər) əmələ gətirir. Nitratların kolbasada əsas vəzifəsi məhsula xoşagəlimli xarici görünüş vermək və onun saxlanma müddətini artırmaqdır. Beləliklə, tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrin əmələ gəlməsi prosesi sürətlənir. Təbii ki, immun sistemimiz bu hüceyrələri daim zərərləşdirir. Lakin immun sistemimiz müxtəlif səbəblərə (xəstəlik, stress və s.) görə zəifləyə bilər ki, bunun nəticəsində sağ qalmış xərçəng hüceyrələri çoxalaraq xərçəng şişini əmələ gətirə bilər. Digər ziyanlı maddə fosfatlardır. Bu maddəni də bütün kolbasa-sosiska məhsullarına əlavə edirlər. Fosfatlar kolbasaya ətə uyğun olan rəng və lazım olan sıx konsistensiya verir. Kolbasanın rəngi lazım olandan daha parlaq olduqda, bu o deməkdir ki, məhsulda fosfatların miqdarı olduca çoxdur. Daim böyük dozalarda orqanizmə daxil olan fosfatlar orqanizmdə kalsium və fosforun balansını pozur ki, nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir. Mütəxəssislərin rəyinə görə, hal hazırda ucuz kolbasa-sosiska növlərində ət, demək olar, yoxdur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu ətə bənzətmək üçün külli miqdarda kimyəvi maddələr əlavə olunur. Nəticədə bizim sevimli kolbasamız alınır. Soya genetik səviyyəsində modifikasiya olunmuş məhsuldur. Belə məhsulların insan orqanizminə olan təsiri hələ ki tam öyrənilməyib və çox ciddi müzakirə olunur. Alimlərin bir çox hissəsi belə məhsulları insan orqanizmi üçün çox ziyanlı hesab edir. Beləliklə, kolbasa və sosiska məhsulları sağlam qidaya aid etmək mümkün deyil. Bu səbəbdən bu məhsulları rasiondan tam çıxartmaq və ya minimuma çatdırmaq lazımdır.
***** Qar.Az